“Sürətlə hücum xarakterli silahlar almaqdayıq” – Ermənistan MN
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bu gün jurnalistlərlə keçirdiyi görüşdə Ermənistanın son zamanlarda aldığı silahlarla bağlı bəzi təfərrüatlarla bölüşüb.
Virtualaz.org xəbər verir ki, Ovannisyan deyib:
"İstənilən yeni hərbi texnikanın alınması ilə balans dəyişir, lakin yalnız "İskəndər” sistemlərində diqqəti cəmləyib dayanmaq olmaz. Bu sistemlər cəbbəxanamızın yalnız bir hissəsidir. Söhbət ancaq silahlanmadan deyil, şəxsi heyətdən də gedir. Buna görə, də diqqəti yalnız buna cəmləmək olmaz.
Ermənistan sürətlə yeni silahlar alır. Onların böyük hissəsi hücum xarakterlidir, bəziləri isə müdafiə. Bütün bu silahlar balansı dəyişir, döyüş qabiliyyətimizi artırır. Əlbəttə, Azərbaycan da bir yerdə durmur. Onlar da silahlanırlar”.
Miq.az