Sürücü ilə polislər arasındakı İNSİDENTƏ DİN-dən AÇIQLAMA (VİDEO)

Sürücü ilə polislər arasındakı İNSİDENTƏ DİN-dən AÇIQLAMA (VİDEO)
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi sosial şəbəkələrdə sürücünün yol polisinə müqavimət göstərməsini özündə əks etdirən videoya münasibət bildirib.
 
İdarədən Miq.az-a bildirilib ki, Yasamal rayon sakini Elşən Maqsudov mayın 17-də idarə etdiyi 90 LB 208 dövlət nömrə nişanlı, "Hyundai Elantra" markalı avtomobillə əks istiqamətdə hərəkət etdiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb. O, polisin qanuni tələblərinə tabe olmayıb. PPX əməkdaşlarının köməyi ilə Yasamal rayon 27-ci polis bölməsinə dəvət olunan sürücü barəsində araşdırma başlayıb.
 
Haqqında toplanmış materiallar məhkəməyə təqdim olunub. Yasamal rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 15 gün müddətinə inzibati qaydada həbs edilib.
 
Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az