Sürücülərə şad xəbər-Sistemdə görünməyən protokol ləğv olunacaq

 Sürücülərə şad xəbər-Sistemdə görünməyən protokol ləğv olunacaq
Bəzən texniki vasitələrin qeydə aldığı qayda pozuntuları ilə bağlı tərtib edilən protokollar sürücünün ünvanına göndərilsə də, elektron sistemə vaxtında yerləşdirilmir. Bu isə sonradan sürücülərin narahatlığına səbəb olurdu. Bu problemi həll etmək üçün Inzibati Xətalar Məcəlləsində dəyişikliklər edilib.  

Sürücülərin belə narazılıqlıqlarına son qoyulur. Mayın 1-də qüvvəyə minəcək inzibati xətalar məcəlləsindəki yeniliklərdən biri nəzərdə tutur ki, protokol tərtib edildiyi vaxtdan 1 ay ərzində sistemdə görünməsə ləğv edilsin.  

Digər dəyişiklik isə protokollarla bağlı məlumatları ödəmə məntəqələrinin də görə biləcəyi sistemə yerləşdirməyən polislərin cəzalandırılmasını nəzərdə tutur. Məqsəd cərimələrin şəffaf və operativ şəkildə ödənməsini təmin etməkdir.  

Cərimələrin mərkəzi informasiya sistemində görünməməsi texniki səbəbələrlə və yaxud cəriməni sistemə daxil edən polis əməkdaşının diqqətsizliyi ilə əlaqələndirilirdi. Gözlənilir ki, cərimələr onların məsuliyyətini daha da artıracaq. 

Bununla yanaşı bir sıra digər problemlər də öz həllini tapacaq.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az