“Şuşanı geri qaytarmaq üçün 12 qrup işləyir... Bu, tamamilə realdır...”-T.Manaseryan

“Şuşanı geri qaytarmaq üçün 12 qrup işləyir... Bu, tamamilə realdır...”-T.Manaseryan

"Arkadi Ter-Tadevosyanın qurduğu Vətəndaş Şurası gündən-günə genişlənir və bu proses davam edəcəkdir”.
 
Moderator.az xəbər verir ki, bu sözləri dünən jurnalistlərlə görüşdə bu günlərdə gəbərmiş  "meşə tülküsü” ləqəbli erməni general A.Ter-Tadevosyan tərəfindən Azərbaycan ordusunun Şuşanı işğaldan azad etməsindən sonra İrəvanda yaradılmış "Vətəndaş şura”sının üzvü, iqtisadçı Tatul Manaseryan söyləyib.
 
"Əminik ki, Şuşinin azad edilməsi olduqca realdır. Deyim ki, bunun üçün yalnız hərbi variant deyil, digər yollar da var. Amma bundan ötrü birlik lazımdır. Bu baxımdan Vətəndaş Şurasında hər biri öz imkanlarını səfərbər etmiş 12 qrup fəaliyyət göstərir vəbu  iş davam edəcək”-deyə T. Manaseryan vurğulayıb.
 
Xatırladaq ki, general A.Ter-Tadevosyan 1992-ci ildə Şuşanın işğalının əsas təşkilatçılarından olub.
 
P.S. Real olan Azərbaycan ordusunun Şuşanı qəhrəmanlıqla azad etməsi və bu unikal əməliyyatın dünya hərb tarixinə yazılmasıdır...
 
Sultan Laçın
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az