"Susanları başa düşmürəm" - Siyavuş Novruzov


"Bu günə qədər bir dənə də Ermənistan səfirliyi qarşısında aksiya keçirməyən adını azərbaycanlı qoyanlar Fransada Azərbaycan səfirliyi qarşısında etiraz aksiyası keçirirlər. Belə çıxır ki, ermənilər artıq istirahət edə bilərlər, çünki artıq onların funksiyasını yerinə yetirən var”.
 
APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında deyib. 
 
O qeyd edib ki, bu yaxınlarda Kölndə azərbaycanlıların 31 mart soyqırımının 100 illiyi ilə bağlı keçirilən tədbirdə də həmin şəxslərin təxribat cəhdi bunu sübut edib: "Bu insanlara azərbaycanlı demək mümkün deyil. Onlar Azərbaycanı, xalqı, milləti təhqir edirlər. Səfirliyimiz Azərbaycanın orada bir parçasıdır, bizim səfirliyimizi təhqir edirlər. Azərbaycanlı olan torpağını, ordusunu təhqir etməz, ona qarşı bu şəkildə müxaliflik etməz. Eyni zamanda buna qarşı susan bəzi şəxsləri də başa düşmürəm. Avropadan Azərbaycana qarşı təhqirlərlə bağlı bağıranlara qarşı niyə susursunuz? Burada təriflə bağlı mövzu olsaydı, növbə əlindən mənə çıxış çatmazdı. Səsiniz çıxarın, mövqeyinizi bildirin!”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az