Bunu AzNews.az-a mərhum bəstəkarın həyat yoldaşı Tahir Əkbərin meyitinin dəfn olunan yerdən çıxarılması ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib:
"Mən onun xanımı kimi borcumu qaytardım. Tahir müəllimi ona aid olmayan bir yerdə dəfn etdilər. Həmin vaxt orada insanlar olub və onun harada dəfn olunduğunu görüblər. Mən həmin insanlara hörmət əlaməti olaraq susdum və gözlədim ki, dəfn işi yekunlaşsın. Sonra Tahir müəllimin meyitini oradan çıxartdırdım və özünün vəsiyyət etdiyi yerdə dəfn etdirdim. Tahir müəllim sağlığında demişdi ki, "əgər görsən ki, məni adıma, sənətimə layiq olmayan yerdə dəfn ediblər, məni ordan çıxart, atamın məzarında dəfn elə. Səndən son istəyim budur”. Mən də baxdım ki, Tahir müəllimi adına, sənətinə layiq olmayan yerdə dəfn ediblər. Ona görə onu orda qoya bilməzdim”.
Mərhumun həyat yoldaşı qeyd edib ki, Tahir Əkbərin arzusu İkinci Fəxri Xiyabanda dəfn edilməsi olub.
Qeyd edək ki, əməkdar incəsənət xadimi Tahir Əkbərin 2017-ci ilin noyabr ayında səhhəti pisləşib. Həkimlər onun insult keçirdiyini bildiriblər. Bəstəkar martın 2-də dünyasını dəyişib.





Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?