Bakıda polis silləsi alan sürücünün özünü doğraması xəbərinə Daxili İşlər Nazirliyi münasibət bildirib. Milli.Az iki gün əvvəl 20 Yanvar dairəsi ərazisində Bakıdan Sumqayıta sərnişin daşımaqla məşğul olan taksi və mikroavtobus sürücüsü arasında dava olması, yol polisi əməkdaşının taksi sürücüsünü vurması iddiası ilə bağlı xəbərini dərc etmişdi.
DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Milli.Az-a açıqlamasında bildirdi ki, yol polisinin taksi sürücüsünü vurması ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir. Onun sözlərinə görə, münaqişə "Azsamand" markalı taksi sürücüsü ilə mikroavtobusun sürücüsü arasında olub. "Azsamand"ın sürücüsü Nəcməddin Əsgərov mikroavtobus sürücüsü Nemət Yusifovla bir-birinə yol verməmək üstündə mübahisə ediblər. N.Yusifov taksi sürücüsünə yaxınlaşaraq ona yol verməsini xahiş edib. N.Əsgərov isə onu təhqir edib və aralarında münaqişə başlayıb. Nəcməddin yerdən daş götürərək Nemətin başına vurub, sonra isə özünə xəsarət yetirib. Hadisə ilə bağlı polisə məlumat verilib və dərhal hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları gəliblər. Nəcməddin və başı partlayan Nemət xəstəxanaya gedib və həkimlər tərəfindən ona yardım edilib. Hazırda polis tərəfindən araşdırma aparılır.
Nazirlik rəsmisi əlavə etdi ki, N.Əsgərov 32 yaşı olmasına baxmayaraq, 4 dəfə məhkumluq həyatı da yaşayıb.
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
“Azərbaycan və Türkiyəni açıq qarşıdurmaya çəkmək istəyirlər” – Sabiq nazirdən sensasion