Taksidə minimum gediş haqqı 4.50 manat olacaq? – “Növbəti aylarda məbləğ daha da artacaq”

Taksidə minimum gediş haqqı 4.50 manat olacaq? – “Növbəti aylarda məbləğ daha da artacaq”
İyun ayının 1-dən taksilərdə minimal gedişhaqqının 4 manat 50 qəpik olacağı bildirilir. Bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az –a bildirib ki, taksi qiymətlərinin artırılması gözləniləndir:
"Bundan əvvəl də publik çıxışlarımızda deyirdik ki, aşırı tənzimləmə mexanizmlərinin, qadağaların tətbiqindən sonra bazarda taksi sayı azalacaq. Taksi sayının azalması təbii ki, qiyməti artıracaq. Bu, gözlənilən idi".
Ekspert qeyd edib ki, Azərbaycanda taksi sisteminin tənzimləmə mexanizmləri sərtləşdirilir:
"Bu zaman yeni parametrlər və qaydalar müəyyənləşdirilir. Onların yerinə yetirilməsi isə əlavə vəsait tələb edir. Bu səbəbdən bir çox hallarda köhnə avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olanlar bazardan çəkilir. Nəticədə taksi xidməti ilə məşğul olanların sayı azalır və iqtisadiyyatın "qızıl qanunu” işə düşür. Təklif azalırsa, tələb yerində qalırsa, qiymət qalxır. Çox güman ki, bu, ilk addımdır. Növbəti aylarda taksi xidməti ilə məşğul olanların sayı azaldıqca, qiymətin yenidən artması mümkündür”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az