Xəyal edilən layihə gerçək olur
Vətəninfo.az xəbər verir ki, Türkiyə və Azərbaycan xəyal olan Trans Anadolu Mavi Qaz layihəsini TANAP gerçəyə çevirir.Bu gün Türkiyədə kəmərin Türkiyə ərazisindən keçən hissəsinə döşənəcək boruların istehsal edilməsi ilə bağlı elan edilən tenderin nəticələri bəlli olub. Mərasimdə çıxış edən türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib ki, Türkiyə iqtisadiyyatı bölgədə baş verən iqtisadi mühiti qorumaq məcburdur.
“TANAP hər mənada yep-yeni imkanlar qazandıracaq. TANAP həm Türkiyənin enerjiyə olan ehtiyacları baxımından mühüm önəmə sahibdi,həm də Balkan və Avropa ölkələrinin mavi yanacağa olan ehtiyclrının qarşılanması üçün mavi yanacaq nəql edən coğrafiyaya çevrilməsi baxımından böyük önəm kəsb edir. Bu layihə çərçivəsində kəmərin inşaasında istifadə ediləcək boruların 80 faizi türk firmalar tərəfindən istehsal ediləcək ki. bu da şirkətlərimizin nə qədr inkişaf etdiyini göstərmiş olacaq”. Davudoğlu bildirib ki, TANAP eyni zamanda bir sülh bə barış layihəsidir. “21-ci əsrin sülh əsri olmasında qərarlıyıq. Bu layihəyə dəstək verən bütün təşkilatlara təşəkkür edirəm. Yaşasın Türkiyə və Azərbaycan dostluğu və əbədi qardaşlığı”.
Qeyd edək ki, istehsal ediləcək boru kəmərləri ilə bağlı tenderin 80 fazini Tosçelik, Borusan Mannesmann, Erciyas Boru, Emek, Umran ve Noksel əldə edib.Tenderin yerdə qalan 20 faziz payına isə Baosteelin qazanıb. TANAP-ın ümumilikdə 1800 kilometrlik əsas xətt boruları üçün elan edilib. Elan olunan tenderin 80 faizin türk şirkətləri əldə ets də 20 fazilik paya da istehsalçı Baosteel Europe firması qazanıb.
Vətəninfo.az