Tanınmış BANKİRin oğlu “Alfa Sığorta”nın rəhbəri oldu

Tanınmış BANKİRin oğlu “Alfa Sığorta”nın rəhbəri oldu

"Alfa Sığorta" şirkətinin rəhbərliyində dəyişiklik baş verib.

Miq.az Fins.az-a istinadən xəbər verir ki, şirkətin Direktorlar Şurasının sədri Elşad Əliyev işdən çıxarılıb. Onu Kəramət Əliyev əvəzləyib. Yeni sədr isenziyası ləğv olunmuş "Texnikabank"ın Müşahidə Şurasının sədri Etibar Əliyevin oğludur. Direktorlar Şurasının üzvləri olan Ayaz Gərayzadə və Elşad Kərimov də də işdən çıxarılıb. Şuranın yeni üzvləri Nicat Axundov və Saleh İmaməliyevdir.

Şirkətin İdarə Heyətinin sədri Camal Əliyev vəzifəsini qoruyub. Onun müavini Zahir Salahov və İdarə Heyətinin üzvü Əli Qasımov isə tutduqları vəzifədən uzaqlaşdırılıblar.

"Alfa Sığorta" "Texnikabank"ın törəməsidir.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az