Görünən budur ki, Mehman Hüseynov özünün dediyi kimi, bu çəkilişi ilə nazir Səlim Müslümova Yeni İl "hədiyyə”si etmək istəyib
Bir neçə müddətdir ki, nazir və millət vəkillərinin şəxsi mülklərini, villarını lentə alıb ictimailləşdirməklə onların kabusuna çevrilən blogger Mehman Hüseynov yenidən Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun mülkünü lentə alaraq sosial şəbəkələrdə paylaşıb. Blogger bundan öncə də bir dəfə Səlim Müslümova məxsus və inşa edilməkdə olan digər bir villanı da lentə alaraq ictimailləşdirmişdi.
Görünən budur ki, Mehman Hüseynov özünün dediyi kimi, bu çəkilişi ilə nazir Səlim Müslümova Yeni İl "hədiyyə”si etmək istəyib.
Miq.az bloggerin lentə aldığı görüntüləri oxucularına təqdim edir.