TƏBİB rəsmisi elektron sistemdə yaranan problemlərə aydınlıq GƏTİRDİ
"Bütün dövlət qurumlarındaki proseslər cənab Prezidentin sərəncamlarına əsasən elektronlaşmaya doğru addımlayır. Hədəfimiz odur ki, bütün xidmət sektorumuzda bütün proseslər elektronlaşsın. 2027-ci sonun qədər bu prosesi tam yekunlaşdıracağıq".
Bu sözləri açıqlamasında TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.
"Elektron sistemlərin çökməsi halları bu il müşahidə olunub. Gün ərzində orta hesabla hər müəssisəyə 1500–2000 nəfər müraciət edir. Müraciətlər əsasən səhər saat 9-dan günorta saat 3-ə qədər intensiv şəkildə daxil olur. Yükün artması səbəbindən elektron sistemdə nasazlıqlar yarana bilir və bu halların bir qismi bizimlə də bağlıdır. Lakin problemin əsas səbəbi yalnız texniki təhlükəsizlik məsələləri deyil. Biz sistemə sadəcə məlumatları daxil edirik.
O bildirib ki, problem yalnız bizim sistemlə məhdudlaşmır:
"Digər qurumların elektron sistemlərində yaranan nasazlıqlar da birbaşa bizim sistemin fəaliyyətinə təsir göstərir. Bir çox hallarda əsas problem məhz digər qurumların sistemlərində yaranan çətinliklərlə bağlı olur".