TƏCİLİ: İŞİD Allahşükür Paşazadəyə sui-qəsd hazırlayır

TƏCİLİ: İŞİD Allahşükür Paşazadəyə sui-qəsd hazırlayır

İŞİD terror təşkilatı internetdə özündə Azərbaycanın din xadimlərinə təhdidlər ehtiva edən video yerləşdirib. Videoçarx İŞİD-in rusdilli mediaqrupu olan «Furat» tərəfindən yayımlanıb.

Bir müddətdən sonra video həm YouTube, həm də DailyMotion hostinqlərindən xaric edilib və buna səbəb kimi, videoçarxın «istifadə qaydalarını pozması» göstərilib.

Lakin özünü Türkiyə, Azərbaycan və Şimali Qafqaz üzrə analitik kimi təqdim edən və Suriyadakı «mülayim müxalifət»i təbliğ edən NotrhCaucasus adlı Twitter mikrobloqlar servisi istifadəçisi virtualaz.org-a videomüraciətin qısa məzmununu açıqlayıb.

Videoçarx «Ribat torpaqlarından işğal altındakı Azərbaycana ismarıc» (ribat — ön cəbhə — virtualaz.org) adlanır. Görüntülərdə rusdilli azərbaycanlı yaraqlı çıxış edir. O, özünü «Qafqazlı Abdulla» adlandırır və iddia edir ki, Qusar rayonunun Urva şəhərindəndir. Dediyinə görə, 2001-ci ildən İslamı qəbul edib və artıq 3 ildir ki, Suriyadadır. Əvvəllər «Cəbhətül-Nusra»nın tərkibində vuruşsa da, indi İŞİD-ə keçib.

Suriyaya «Qafqazlı Abdulla» dostu Əli ilə birlikdə gəlib, lakin onu 5 ay öncə öldürüblər. NorthCaucasus yazır ki, çıxışında cihadçı Qafqazın şeyxülislamı Allahşükür Paşazadəni və yerli sələfilərin (vəhhabilərin) lideri Qamət Süleymanovu ölümlə təhdid edir.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az