Təcili: Sərkisyan müdafiə naziri oldu, Nalbəndyan yerində qaldı

Təcili: Sərkisyan müdafiə naziri oldu, Nalbəndyan yerində qaldı

Ermənistanda bu gün yeni müdafiə naziri təyin olunub.

Gözlənildiyi kimi prezident aparatının rəhbəri Vigen Sərkisyan müdafiə naziri postunda Seyran Ohanyanı əvəzləyib. Prezident Serj Sərkisyanın digər sərəncamı ilə xarici işlər nazirinin səlahiyyətlərini icra edən Edvard Nalbəndyan yenidən bu vəzifəyə təsdiq olunub.

Erməni politoloq Sergey Minasyanın fikrincə Nalbəndyanın yenidən xarici işlər naziri təyin olunması onun sovet diplomatiya məktəbinin yetirməsi olmasından irəli gəlir. "Doğrudur, sovet diplomatiya məktəbinin öz nöqsanları var, ancaq Nalbəndyan danışıqlarda azərbaycanlı və türk həmkarları üçün çətin rəqibdir”-o deyib.

Minasyan bildirib ki, onun məlumatına görə silahlı qüvvələrin Baş qərargah rəisi Yuri Xaçaturov da vəzifədən azad ediləcək, milli təhlükəsizlik şurasının katibi təyin olunacaq. Onun yerini isə müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini, Dağlıq Qarabağın keçmiş "müdafiə naziri” Movses Akopyan tutacaq./Virtualaz.org/

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az