Təhlükə: Azərbaycan üçün xəbərdarlıq

Təhlükə: Azərbaycan üçün xəbərdarlıq

"Azərbaycanda daşqın təhlükəsi var".
 
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə APA-ya deyib ki, ölkə ərazisində intensiv yağışlar davam edərsə, daşqınlar qaçılmazdır. Onun sözlərinə görə, daşqınlar əsasən, Böyük Qafqazın cənub yamacındakı Kişçay, Şinçay, Gümrükçay, Dəmiraparançay, Göyçay, Girdimançay, Qudyalçay, Vəlvələçay və Lənkəranın xırda çaylarında olacaq.

E.Əlizadə qeyd edib ki, bundan sonra sellərin olma ehtimalı azdır: "Çaylarda da hazırda gursululuq dövrüdür. Yağışlar uzun müddətli olsa, daşqınlar ola bilər”.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az