"Təhlükəli selfi çəkdirənin valideynlərini cərimələyin"
Rusiyanın LDPR partiyasının sədri Vladimir Jirinovski təhlükəli selfi
çəkdirən yeniyetmələrin valideynlərinin böyük məbləğdə cərimə olunmasını
təklif edib.
Vətəninfo.az Avropa.info-ya istinadla xəbər verir ki, Jirinovski məsələ il
bağlı Dumanın idman və gənclər üzrə komitə sədri Dmitri Svişevə müraciət
edib. Vladimir Jirnovski:
"Yeni yaranmış ekstremal gənclik
məşğuliyyəti ilə mübarizə aparmağın metodlarından biri də təhlükəli
vəziyyətdə selfi çəkdirərkən tutulan yeniyetmələrin valideynlərini
cərimələməkdir.
Rusiyada selfi çəkdirən gənclərin ölüm hallarının tez-tez baş verməsindən sonra bu işlə ölkə DİN-i məşğul olmağa başlayıb.