Tələbələrin nəzərinə - TQDK vaxtı uzatdı

Tələbələrin nəzərinə - TQDK vaxtı uzatdı
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müsabiqənin I mərhələsində qəbul olan şəxslərin qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı 26 avqust saat 17:00-dək uzadılıb.

Bu barədə Miq.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. Tələbə adı qazanan şəxslər göstərilən vaxta qədər tələb olunan sənədləri qəbul olduqları təhsil müəssisələrinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. 

Qeyd edək ki, həmin vaxtdadək qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək. 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az