Telman İsmayılovun şirkətinə qarşı iddiaya bu gün baxılacaq
Moskva Arbitraj məhkəməsi bu
gün VTB qrupuna daxil olan Moskva Bankının iddiası ilə bağlı iş adamı
Telman İsmayılova məxsus AST (ACT) şirkətlər qrupuna daxil olan "KBF
AST" ("КБФАСТ") şirkətinə qarşı 213 mln. dollardan artıq məbləq üzrə
əsas dinləmələr keçirəcək. Bu barədə "Report" "RİA Novosti"yə istinadən
xəbər verir.
Moskva Bankı
arbitraj məhkəməsinə oktyabrın 5-də Telman İsmayılovun iflas olması ilə
bağlı ərizə ilə müraciət edib. KİV-lərin məlumatına görə, Moskvanın
Meşanski məhkəməsi oktyabrın 1-də kredit təşkilatının İsmayılova qarşı
qaldirdığı 286 mln. dollar həcmində iddianın xeyli hissəsini təmin edib.
Bankın
"Rusline 2000" ("Руслайн 2000") və Hollandiyanın "Tropicano Finance
B.V." şirkətlərinə ayırdığı hər iki kredit müqaviləsində benefisiar kimi
çıxış edən Telman İsmayılov kreditin vaxtında ödənilməsinə görə şəxsi
zəmanət verib. İş adamına qarşı iddia uzun müddət maliyyə öhdəliklərini
yerinə yetirmədiyinə görə qaldırılıb.
Vətəninfo.az