Temperatur 39 dərəcəyədək yüksələcək – Proqnozlar Bürosu

Temperatur 39 dərəcəyədək yüksələcək  – Proqnozlar Bürosu
Növbəti iki gün ərzində Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova "Report”a açıqlamasında bildirib ki, növbəti iki gün ərzində ölkə ərazisində hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir: "Mülayim qərb küləyi əsəcək".
Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında yaxın iki gün ərzində havanın temperaturu 33-38, bölgələrdə 34-39, dağlıq ərazilərdə isə 23-28 dərəcə təşkil edəcək: "Növbəti günlərdə hava şəraitində mühüm bir dəyişiklik gözlənilmir". 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az