Ötən gün Tərtər rayonunda dəhşətli qətl törədilib.
Vətəninfo.az-ın məlumatına görə, APA TV-nin Qarabağ müxbiri xəbər verir ki, Cəmilli kənd sakini, 27 yaşlı Qurban Nəsibov 1947-ci il təvəllüdlü atası Xanbaba Nəsibovu və 1958-ci il təvəllüdlü anası Nazlı Nəsibovanı qətlə yetirib.
Qurban Nəsibovun atasını küt alətlə, anasını isə boğaraq öldürdüyü bildirilir. Məlumata görə, Qurban Nəsibov ruhi xəstə olub.
APA TV-nin əməkdaşı hadisənin təfərrüatlarını öyrənib. Məlum olub ki, rayonun Cəmilli kənd sakini, 27 yaşlı Qurban Nəsibov ailədə altı uşaqdan biri olub. Onun digər bacı-qardaşları ailə qurub və ata evindən kənarda yaşayıblar. Ailənin iki oğlu evləndikdən sonra Bakıya köçüb. Qurban Nəsibov isə ruhi xəstə olduğundan, valideynləri onun ailə qurmasına icazə verməyib. O, ata-anası ilə birgə yaşayıb.
Tərtər Mərkəzi Rayon Xəstəxanasından da APA TV-yə Qurban Nəsibovun xəstəxanada ruhi xəstə kimi qeydiyyatda olduğunu təsdiqləyiblər. Bildiriblər ki, valideynləri mütəmadi olaraq Qurbanın müalicəsi üçün müraciət ediblər.
Onun ata-anasını öldürməsinin motivi hələlik bəlli deyib. Tərtər rayon Prokurorluğundan bildirilib ki, Qurban Nəsibov cinayəti törətməsinə əsaslı şübhələr olduğundan, şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7 maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"