Tərtərin icra başçısından ETİRAZ -anoloqsuz təhsil islahatları

Tərtərin icra başçısından  ETİRAZ -anoloqsuz təhsil islahatları

"Məktəbin direktoru, müəllimlər başda təhsil şöbəsinin müdürü Surxay Quliyev olmaqla icra  başçısının "bığının altından" keçməlidirlər".

Tərtər təhsilindəki yeni metodlar, daha doğrusu, icra başçısının əcaib tapıntısı barədə aşağıdakı məzmunda müraciət daxil olub, müəllif nazirlikdən problemə əncam çəkilməsini xahiş edir:

"Ölkədə təhsilə, dəxli oldu-olmadı, müdaxilə etmək  az qala məmurların hobbisinə çevrilib. Şəhərdə az nəzərə çarpsa da rayonlarda  icra hakimiyyətinin səlahiyyətliləri  işə gedəndə, qayıdanda, işləri tərs gətirəndə də, hansısa orta məktəbə girər, yoxlama adıyla, yalançı şikayətin adıyla məktəb direktorunu, dərs hissə müdirini çək -çevirə salar, başçının "bu işi" nəzarətə götürdüyünün xəbərdarlığını edib, "hörmət" etməyi pıçıldayıb gedirlər.
Tərtər rayonunda isə bu işə şəxsən rayon icra başçısı Müstəqim Məmmədov özü  girişib, heç kəsə aman vermir. İcra başçısı tez-tez orta məktəblərdə peyda olub, sinifə girir, şagirdləri sayır, vay o gündən də iki - üç uşaq dərsə gəlməyə. Məktəbin direktoru, müəllimlər başda təhsil şöbəsinin müdürü Surxay Quliyev olmaqla icra  başçısının "bığının altından" keçməlidir. Elə bilirsiniz başçı təhsilə qayğı dərdindən bunları edir? Yox, rayonda təhsil və səhiyyədən başqa iş yeri yoxdu axı.Yeni iş yerləri açmaq başçının ağlının ucundan da keçmir.

Son  günlərsə başçı  yeni metod  tapıb. Təhsil şöbəsinin müdirinə tapşırıb ki, dərs cədvəllərini dəyişin. Elə edin ki, səhər tezdən dərsə gələn müəllim birinci dərsini keçəndən sonra 5 saat otursun məktəbdə, bir də sonuncu saatda  dərsini desin. Yəni 5 saat boş - bekar oturub gözləsin ki, növbəti dərsi olacaq. İlin əvvəlindən tutulan cədvəl dəyişsin. Hansı müəllim razı deyilsə başçının tasına düşməlidir. Süpürgə pulu, xadimə pulu, təmir pulu yetmədi, indi də cədvəl  dəyişib pul toplamaq  lazımdı.Tərtərin icra başçısı üçün devalvasiyanın kompensasiyası cədvəl dəyişmədən keçir deyəsən. Təhsil şöbəsi də bu qanunsuzluğa "baş üstə" deyir-deyə  Moderator.az-a daxil olan şikayət məktubunda deyilir. 
Hörmətli redaksiya, sizin vasitənizlə Təhsil Nazirliyi rəhbərliyinə müraciət edirik ki, Tərtər təhsilindəki yaranmış bu ajiotaja bir əncam çəksinlər, yoxsa  ilin - günün bu vaxtında yeni narazılıq dalğası kimə lazımdır?!

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az