Vətəninfo.az-ın məlumatına görə, "Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu iyulun 9-da "Qəbələ"- "Dinamo"(Tbilisi) oyununda baş verən hadisəyə münasibət bildirən ölkənin baş naziri İrakli Qaribaşvili bildirib.
Xatırladaq ki, iyulun 2-də Tbilisidə "Dinamo"-"Qəbələ" oyunu zamanı gürücü azarkeşlər stadiondan "Biz Zaqatala, Qaxı xatırlayırıq,1921" yazılmış plakat asıb. Qarşılaşmadan sonra Azərbaycanın bayrağını tapdamışdılar. Habelə "Qəbələ" Futbol Klubunun bir neçə azarkeşini döymüşdülər.
Hadisəndən sonra Gürcüstanın baş naziri İrakli Qaribaşvili günahkarların cəzalandırılacağını bildirmişdi. Ancaq ötən müddət ərzində cinayəti törədənlərin tapılıb, cəzalandırılması ilə bağlı Gürcüstan tərəfdən heç bir əməli addım atıllmayıb.
Qeyd edək ki, iyulun 9-da iki klub arasında Qəbələdə keçirilən oyunun ilk hissəsinin sonlarına yaxın stadionda bir qrup azarkeş gürcülərin Tbilisidə Azərbaycan bayrağına və ərazi bütövlüyünə qarşı hörmətsizlik etməsinə cavab olaraq ingilis dilində "Borçalı Azərbaycandır!", "Marneuli, yox Sarvan" və "Qardabani, yox Qaratəpə" yazılmış plakatlar qaldırıblar.
Qısa müddətdən sonra polis həmin plakatları yığışdırıb.