“Təxminən 50 ölü, 60-dan artıq əsir götürülən və onlarla yaralı haqqında danışırlar” - Samsonyan

“Təxminən 50 ölü, 60-dan artıq əsir götürülən və onlarla yaralı haqqında danışırlar” - Samsonyan

"Dünən "Haykakan jamanak” nəşri 10 ölü barədə pis xəbər verdi, Eduard Ağacanyan 15 ölümüz olduğunu dedi, Müdafiə Nazirliyi 1 ölümüzün olduğunu, qalan iddiaların "həyasız yalan” olduğunu bildirir”.

Miq.Az xəbər verir ki, bunu "Facebook” səhifəsində Ermənistanın "Vətəndaş şüuru” ictimai təşkilatının sədri Narek Samsonyan yazıb.

Samsonyan bildirib ki, əslində yuxarıda qeyd olunanlardan on dəfə daha etibarlı olan mənbələr təxminən 50 ölü, 60-dan artıq əsir götürülən və onlarla yaralı haqqında danışırlar.

"Keçən ilin acı təcrübəsi olmasaydı, bu rəqəmləri açıqlamazdım. Ölkəmizdə həmişə olduğu kimi, informasiya pornoqrafiyası var və bütün bunlar çoxlu günahsız qurbanlar bahasına...”, - deyə o qeyd edib.(ordu.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az