Trampı istefaya göndərəcəklər - İDDİA

Trampı istefaya göndərəcəklər - İDDİA
ABŞ Prezidenti Donlad Tramp tərəfindən səlahiyyətinə xitam verilən Ağ Evin keçmiş rabitə direktoru Entoni Skaramucci prezident haqqında ortaya ağlasığmaz iddialar atıb.
Publika.az xəbər verir ki, o, Ağ Evdəki bəzi ünsürlərin Trampı devirməyə çalışdığını açıqlayıb.
Skaramucci prezidentin ətrafında çox az "sadiq” adam olduğunu da vurğulayıb.
Ağ Evin Rabitə Direktorluğu vəzifəsinə gətirildikdən 10 gün sonra vəzifəsinə xitam verilən Skaramucci Vaşinqtonda, özəlliklə, Ağ Evdə prezidentlə eyni hədəfi daşımayan, fərqli siyasi istiqamətləri olan çox sayda işçinin olduğunu bildirib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az