Hindistan hökuməti əhalinin tualetlərdən istifadə etməsini yoxlayacaq.
Vətəninfo.az xəbər verir ki, bu barədə hökumin bəyanatında bildirilir.
Baş nazir Narendra Modi-nin oktyabrda başladığı layihəsi çərçivəsində yarım milyon tualet tikilib. Lakin bir çox adam hələ də ayaqyoluna bayırda getməyi seçir.
Sanitariya müfəttişləri qapı-qapı gedib evlərdə tualetlərin istifadəsini yoxlayacaqlar, nəticələri telefonlarda və tabletlərdə qeyd edəcəklər, hökumətin bəyanatında deyilir.
Oktyabrın 2-də Təmiz Hindistan Kampaniyasına start verən cənab Modi vəd etmişdi ki, 100 gün ərzində yarım milyon tualet tikiləcək.
Hökumət deyir ki, bundan sonra 503 142 evdə tualet tikilib.
Lakin keçmişdə aparılan araşdırmalar göstərib ki, Hindistanda kənd əhalisi tualetlərə sahib olsalar da ayaqyoluna bayırda gedirlər, çünki bunun daha sanitar olduğunu düşünürlər.
Yüz milyonlarla adamın küçədə ayaqyoluna getməsi irimiqyaslı gigiyena problemlərinə, xəstəliklərə və ölümlərə səbəbdir.
Məlumatlara görə, evdə ayaqyoluna getməyi qeyri-gigiyenik sayan bəzi ailələr yeni tikilmiş tualetlərdən anbar kimi istifadə edir.
Kampaniyaçılar deyirlər ki, sadəcə tualetlər tikmək kifayət etmir və onlardan istifadə etməyin üstünlüyünü adamlara anlatmaq eynilə önəmlidir.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib