Turan Əliyevin seçicilərlə növbəti görüşü baş tutmuşdur!

Turan Əliyevin seçicilərlə növbəti görüşü baş tutmuşdur!
 
09 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə  35 saylı Xətai üçüncü seçki dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Turan Adil oğlu Əliyev təbliğat-təşviqat kampaniyası gedişində İ.İsmayılov və Naximov küçələrində yaşayan seçicilərlə görüşmüşdür. Səmimi görüş zamanı seçicilərin problemləri dinlənilib, təkliflər müzakirə edilmişdir.


1961-ci ildə Naxçıvan MR Ordubad rayonunda ziyalı ailəsində anadan olan Əliyev Turan Adil oğlu 30 ildən artıqdır ki, Xətai rayon sakinidir.
1999-cu ildə ölkəmizdə ilk dəfə keçirilən Bələdiyyə seçkilərində fəal iştirak edib,  Xətai bələdiyyəsinə üzv seçilib.
1993-cü ildən bu günə kimi YAP Xətai Rayon Təşkilatı İdarə Heyətində təmsil olunur. Prezident seçkilərində Xətai Rayon Seçki Qərargahının üzvü olub. 
 
Turan Adil oğlu Əliyev Xətai Rayon əhalisinin sosial rifahının yaxşılaşması, aztəminatlı ailələrin, əlillərin, xüsusilə Qarabağ əlillərinin problemləri ilə maraqlanmaq, onların problemlərini aradan qaldırılmasına dəstək olmaq üçün Parlamentdə təmsil olunmaq istəyir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az