Tanər Yıldıza Azərbaycan Dövləti Xatirə mədalı təqdim olunub
Vətıninfo.az-a ölkəmizin Türkiyə Respublikasındakı səfiriyindən daxil olan məlumatda qeyd edilir ki, Türkiyə Respublikası Enerji və Təbii Sərvətlər nazirliyində Xəzər Strateji İnstitutunun (HASEN) fəaliyyətə başlamasının 2-ci il dönümü ilə bağlı konfrans keçirilib.

Tədbir HASEN-in fəaliyyətinə həsr olunmuş sənədli filmin nümayişi ilə başlayıb, ardından Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev,Türkiyə Respublikası Enerji və Təbii Sərvətlər naziri Tanər Yıldız və HASEN-in baş katibi Haldun Yavaşın çıxışları ilə davam edib. Çıxışlar əsnasında HASEN-in Xəzər regionu üzrə verdiyi tədqiqat xarakterli töhfələr, həmin qurumun gənc bir təşkilat olmasına baxmayaraq qısa bir müddət ərzində enerji məsəslələrində oynadığı əhəmiyyətli rol, yaxın şərq və Ukraynada baş vermiş hadisələrin Xəzər regionunun əhəmiyyətinə təsiri və Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Trans Anadolu qaz boru kəməri (TANAP) layihələrinin həyata keçməsində Azərbaycan-Türkiyə əməkdaşlığının sıxlığına dair məqamlara toxunulub.

Daha sonra Türkiyənin neft-qaz korporasiyası (TPAO), SOCAR-Türkiyə, Türk dövlət boru kəməri şirkəti (BOTAŞ) və TANAP şirkətlərinin nümayəndələrinin HASEN-ə ilə əməkdaşlıq müqavilələrinin imza mərasimi keçirilib.
Tədbir zamanı Səfir Faiq Bağırov tərəfindən Türkiyə Respublikası Enerji və Təbii Sərvətlər naziri Tanər Yıldıza Azərbaycan Dövləti Xatirə mədalı təqdim olunub.
Vətəninfo.az