“Türk Ulduzları” Bakı səmasında uçuşlar edib

“Türk Ulduzları” Bakı səmasında uçuşlar edib
Türkiyə Hərbi HavaQüvvələrinin aviaqrupları Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçirilən bayram tədbirlərində iştirak edib.

APA-nın xəbərinə görə, bu gün hərbi paraddan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin "Solo Türk” və "Türk Ulduzları” aviaqrupuna daxil olan 2 ədəd F-16 və 8 ədəd F-5 tipli təyyarələrin Bakı buxtası üzərində nümunəvi uçuşları keçirilib.

Təyyarələrin nümunəvi uçuşlarını Dənizkənarı Milli Parkın ərazisindən çoxlu sayda insan izləyib.

Qeyd edək ki, "Türk Ulduzları” 2001-ci ilin avqustunda da Bakı səmasında nümunəvi uçuşlar həyata keçiriblər.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az