Vətəninfo.az xəbər verir ki, Türkiyənin nüfuzlu elim ocaqlarından Qədir Has Univeristetinin Türkiyə Araşdırmaları Mərkəzi türk xarici siyasəti ilə bağlı içtimayi yoxlamalar aparıb və yoxlamalrın nəticələrini yayıb. Bu istiqamətdə əhali arasında aparılan sorğuya görə Ermənistan, İsrail və ABŞ Türkiyə üçün ən təhlükəli ölkələr olaraq müyyənləşib.
Qədir Has Univeristetinin rektoru Prof. Dr. Mustafa Aydın rəhbərliyi altında Türkiyənin 26 rayonunda 18 yaşından yuxarı 1.000 vətəndaşa Türkiyənin xarixi siyasət məsələlərinin kimlər tərəfindən izləndiyi, hansı qurumların xarici siyasəti həyata keçirdiyi və Türkiyənin başda Suriya, ABŞ və Avropa Birliyi ilə ikili münasibətləri ilə bağlı suallar verilib.
Sorğunun nəticələrinə görə, Ermənistan, İsrail və ABŞ Türkiyə üçün ən təhlükəli hesab edilən ölkələrdir. Sorğuda iştirak edənlərin 20,3 faizi Ermənistanı təhlükəli ölkə olaraq göstəriblər. Sorğu iştirakçılarının 42,6 fazizi İsraili, 35,3 fazizi də ABŞ-nı dost olmayan ölkələr olaraq göstərib. Son zamanlar bu istiqamətdə keçirilən sorğularda vətəndaşlara ünvanlanan suallardan biri də Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlıdır. Qədir has Univeristetinin keçirdiyi sorğuda da bu sual vətəndaşlara verilib və sorğuda iştirak edən vətəndaşalrın 32,4 faizi Ermənistanla sərhədlərin açılmasına qarşı çıxıb. Sorğuda iştirak edən vətəndaşalr hesab edirlər ki, Ermənistan hazırda küncə sıxılmış vəziyyətdədir və Ermənistanın tək çıxış qapısı İran olduğundan ermənilər Türkiyə ilə sərhədlərin açılmasın daha çox istəyirlər. Amma Ermənistanın qondarma erməni soyqırımı ilə bağlı Türkiyəyə qarşı səsləndirdiyi iddialar,eyni zamanda Azərbaycana qarşı işğalçılıq siyasəti Ermənistanın düşdüyü vəziyyətdən çıxmasına imkan vermir. Sorğuda iştirak edən vətəndaşların 51.9 fazizi ABŞ ilə Türkiyə arasında münasibətləri mənfi istiqamətdə dəyərləndirib.
Vətəninfo.az