Türkiyə-ABŞ-RAZILAŞDI
Vətəninfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, Amerika prezidneti Barak Obamanın İŞİD-də qarşı mübarizənin genişləndirməsi ilə bağlı səsləndirdiyi bəyanatın ardından, ABŞ prezidentinin xüsusi nümayəndəsi, sabiq ordu geniralı Con Allenin Ankarada keçirdiyi qapalı görüşlərin pərdə arxası müəyyən məqamları üzə çıxıb.
Məlumata görə, terror təşkilatı İŞİD-də qarşı yaradılan koalisyada Obamanın xüsusi nümayndəsi Allenin Türkiyə XİN-nin müşaviri Feridun Sinirlioğlu ilə keçirdiyi görüşdə Türkiyə Silahlı Qüvvələrinin Hərəkat rəhbəridə iştirak edib.
Məlumata görə, Amerika tərəfi İŞİD-lə mübarizədə daha geniş dəstək istəməklə bərabər,eyni zamanda Türkiyədə NATO-nun İcirlik Hərbi bazasından istifadə məsələsini də gündəmə gətirib. Obamanın xüsusi nümayəndəsi İŞİD-də qarşı aparılan əməliyyatlar zamanı İncirlikdən istifadə etmək istədiklərini vurğulayıb.
Keçirilən görüşlə bağı mətbuata sızdırılan xəbərə görə, ABŞ Türkiyənin Suriya ərazisində təhlükəsizlik bölgəsi yaratmaq məqsədi ilə həyata keçirmk istədiyi hərbi əməliyata Vaşinqtonun razılaşdığının hiss edildiyi vurğulanır. Yəni Barak Obama Türkiyəyə Suriya ərazisində təhlükəsizlik bölgəsi yaradılmasına "Yaşıl işıq” yandırıb. Rəsmi Ankara da ABŞ-nın təhlükəsizlik bölgəsi yaradılması ilə bağlı verdiyi sözün üzərində duracağı halda Vaşinqtona İncirlik hərbi bazasından istifadə məsələsinə "Hə” deyəcək. Eyni zamanda Ankara ABŞ-ın sözünün üstündə duracağı halda hərbi bazada mövcud olan ABŞ-na aid pilotsuz təyyarələrin silahla təminatına da razılıq vercək.
Vətəninfo.az