Türkiyə: ABŞ terrorçulara açıq dəstək verir!

Türkiyə: ABŞ terrorçulara açıq dəstək verir!

İŞİD-in region və regionlara müdaxilə məqsədilə istifadə edilən alət olduğunu görürük. Bu aləti yaradanlar Türkiyəni zülmə məruz qoymaq cəhdləri də göstərmişdilər.

Miq.Az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oqtay deyib.

"İŞİD-ə qarşı mübarizə aparan, şəhidlər verən Türkiyə olub. Terror qrupları deyəndə İŞİD, PKK, PYD və FETÖ-nu nəzərdə tuturuq - bunların necə bir-birinə bağlı olduğunu görürük. ABŞ açıq şəkildə dəstək verir. Heç bir terror qruplaşmasına qarşı mübarizəni digər terror qrupu vasitəsi ilə apara bilməzsiniz. Biz deyirik ki, sizin ölkənizdə (ABŞ nəzərdə tutulur - red.) fəaliyyət göstərən bu şəbəkə sizə qarşı da eyni addımı atacaq. Təcrübəmizə söykənərək bunu deyirik. Zənn etməyin ki, FETÖ bu qədər ağıllıdır, o da başqasından aldığı təlimatı icra edir", - deyə F.Oqtay bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az