Türkiyə bu qəhrəman generalı ağlayır - Foto

Türkiyə bu qəhrəman generalı ağlayır - Foto

Türkiyəyə məxsus "Souqar” tipli hərbi helikopterin Şırnakın Şenoba bölgəsində qəzaya uğraması nəticəsində şəhid olanlardan biri də general-mayor Aydoğan Aydındır.

Axar.az xəbər verir ki, türk mətbuatı şəhid generalla bağlı bəzi təfərrüatları açıqlayıb.

Generalın əsgərlərini çox sevdiyi, onlarla birlikdə oturub yemək yediyi, ön cəbhədə döyüşdüyü üçün "Əsgər Aydoğan” ləqəbi ilə tanındığı qeyd olunub. Onun 2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş hərbi çevrilişə cəhd zamanı terrorçularla mübarizə apardığı da bildirilir.

Türk ordusunda xüsusi əhəmiyyətli mövqe tutan general Aydoğan "Şəhid mayor Əhməd Qaraman-2” əməliyyatına rəhbərlik edib və bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onunla telefonla müzakirə də aparıb.

Qeyd edək ki, dünən axşam saatlarında Türkiyəyə məxsus "Souqar” tipli hərbi helikopter İraqla sərhəddə yerləşən Şırnakın Şenoba bölgəsində qəzaya uğrayıb. Qəzaya uğrayan helikopterdə biri diviziya komandiri olmaqla, 13 hərbçi həlak olub. Ölənlər arasında general Aydoğandan başqa iki polkovnik və 5 zabit də var.



Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az