Türkiyə Kürdistan dövlətinin yaranmasına razılıq verib-İDDİA

Türkiyə Kürdistan dövlətinin yaranmasına razılıq verib-İDDİA

Vətəninfo.az Türkiyənin diplomatik qaynaqlarından  əldə etdiyi məlumata görə, rəsmi Ankara İraq və Suriyanın kürdlər yaşayan ərazilərində Kürdistan dövlətinin yaradılması istiqamətində ABŞ və Avropanın birgə hazırladığı palana “Hə” deyib.


İddiaya görə, Rəvəb Tayyib Ərdoğan 10 il əvvəl hakimiyyətə gələn zaman Qərbin Yaxın Şərqin parçalanması planına “hə” deyib və bu plana əsasən kürdlərin yaşadığı bölgələrdə İraq-Suriya-İran-Türkiyə ərazləri üzərində Kürdistan dövlətinin yaradılması planına razılıq verib.


Amma sonradan, Ərdoğanın Vaşinqtonun müəyyən istəklərinə cavab verecək addımlar atmaması səbəbindən, eyni zamanda da planın aşkarlanmasından sonra,hakimiyyətdən salınma qorxusunu nəzərə alaraq Ərdoğan  ABŞ-ın bu planından imtina edib.


Məlumatda qeyd edilir ki, Rəcəb Tayyib Ərdoğan dörd ölkə torpaqları (İraq,Suriya,İran,Türkiyə) üzərində Kürdistan dövlətinin qurulmasından imtina etsə də, İraq,Suriya ,eyni zamanda da İran ərazisində kürdlərin dövlət yaratmaq istəyinə “yaşıl işıq” yandırıb.


Məlumatda o da qeyd edilir ki, Türkiyənin Suriyanın Eşme bölgəsinə girərək Türkiyə bayrağını qaldırması və bunun ardınca  Suriyanın Hələb şəhəri ərazisində Karakozak kəndindəki “Süleyman Şah” türbəsindən Süleyman Şahın nəşinin qalıqları və "Süleyman Şah" Fəxri Mühafizə Alayının əsgərlərin Türkiyəyə gətirməsi, Türkiyə bayrağının qaldırıldığı Eşme bölgəsində “Süleyman şah”ın dəfin olunması üçün yeni türbənin tikintisinə start verməsi də həmin planın bir hissəsidir. İddiaya görə, Vaşinqton və Ankara, eyni zamanda da hazırda İraqın Kürdistan bölgəsindəki Muxtar Vilayyətin rəhbərliyi arasında  “şah frat” əməliyyatı ilə bağlı razılıq olub.

Məhz bu razılığa əsasən Türkiyə Karakozak kəndinndə türbənin yerləşdiyi ərazini tərk edir və Türkiyə-Suriya sərhəddində suriyanın Eşmə kəndini öz torpaqlarına qataraq “Süleyman şah”ın nəşin ora dəfin etməklə, bu tprpağın sahibinə çevrilir. Beləliklə qarşıda yaranacaq Kürdüstan dövləti ilə Türkiyə arasında hansısa problemlərin yaradılmasının bəribaşdan qarşısı alınır.

Məlumata görə, ABŞ-da rəsmi Ankara qarşısında üzərinə götürdüyü öhtəliyə əsasən Türkiyə ərazisində Kürdlərin dövlət yaratmaq planına dəstək verməməklə bərabər, eynmi zamanda Bərzani liderliyində yaranacaq Kürdistan dövlətinin də Türkiyəyə qarşı torpaq iddialarının qarşısın alacaq.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az