Türkiyə Moskvadan “S-400″ almaqdan imtina edə bilər

Türkiyə Moskvadan “S-400″ almaqdan imtina edə bilər
"Türkiyə "S-400″ zenit-raket sistemlərinin (ZRS) birgə istehsalı üzrə anlaşma əldə olunmayacağı təqdirdə Moskvadan belə raket sistemləri almaqdan imtina edə bilər.”

"Report” xəbər verir ki, bu barədə "Akşam” qəzetinə müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, Türkiyə bu mövzuda hələ heç bir rəsmi imtina almayıb.
"Putin özü bizə birgə istehsal üçün addımlar ata biləcəyimizi söyləmişdi. Ona görə də texnologiya aktualdır. Yox, Rusiya bu anlaşmaya mənfi yanaşırsa, başqa ölkə ilə anlaşa bilərik", – M.Çavuşoğlu deyib.
Nazir vurğulayıb ki, Ankarı ölkənin hava məkanı qorumaq üçün təcili şəkildə "S-400″ almalıdır.
"Rusiyaya qarşı olan ölkələr Türkiyənin məhz onlardan "S-400″ almasını istəyirsə, bizə öz variantlarını təqdim etməlidirlər”, – XİN başçısı bildirib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az