Türkiyə müxalifəti xalqı meydanlara səslədi

Türkiyə müxalifəti xalqı meydanlara səslədi


İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlunun saxlanılmasına etiraz əlaməti olaraq CHP lideri Özgür Özel xalqı kütləvi nümayişə dəvət edib.

Axar.az xəbər verir ki, Özel İstanbulda Saraçhanedə bələdiyyə binası önündə xalqa çağırış edərək bazar günü meydanlara çağırıb.

"Türkiyənin gələcək prezidentinə sahib çıxmağa səsləyirəm. Bazar günü minlər, on minlər, milyonlar birlikdə küçələrdə, meydanlarda, seçkidəyik”, - deyə o bildirib.

Qeyd edək ki, Türkiyənin ədliyyə naziri Yılmaz Tunç son hadisələr fonunda qanunsuz aksiyalarla bağlı xəbərdarlıq edib.

Xatırladaq ki, bu gün səhər İstanbul Bələdiyyə başqanı Əkrəm İmamoğlu və onlarla şəxs saxlanılıb. Ə.İmamoğluya qarşı terror təşkilatı ilə əlaqə və korrupsiya ittihamları irəli sürülüb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az