Türkiyə səfiri ANS TV-nin bağlanması haqda

Türkiyə səfiri ANS TV-nin bağlanması haqda

"Bizim mövqeyimiz budur: terror təşkilatı olaraq gördüyümüz "FETÖ”nun, onun başındakı xain Fətullah Gülənin, xüsusilə Türkiyədəki bu uğursuz çevriliş cəhdindən sonra aparacağı təbliğatın da terror fəaliyyətinin dəstəklənməsindən və onun propoqandasının aparılmasından başqa bir şey olmadığına dair qəti fikrimiz var. Dolayısı ilə onun (Fətulla Gülənin-E.P.) sözlü də olsa, ortaya çıxaraq aparacağı təbliğata heç bir yerdə izn verilməməsini istəyirik".
 
Miq.az xəbər verir ki, bunu Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun "Yeni Müsavat” qəzetinə açıqlamasında deyib. 
 
Onun sözlərinə görə, bu, ifadə azadlığı deyil, başqa məsələdir: "Çünki Türkiyədə yaşanan böyük hadisəni, özünün məsuliyyət daşıdığı bu xain cəhdi çox fərqli bir şəkildə təsvir etməyə çalışacağı bəllidir, bəzi fəaliyyətləri ilə bunu etməyə də çalışdı. F. Gülənin təbliğatının yayınlanmaması, buna fürsət verilməməsi fikrimizcə, çox yerində olan bir qərardır".

 

 

 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az