Türkiyə təzminat ödəməkdən imtina etdi

Türkiyə təzminat ödəməkdən imtina etdi
Türkiyənin baş naziri Binali Yıldırım Rusiyaya təzminat ödəmək məsələsinə aydınlıq gətirib. 

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Yıldırım belə bir iddianın reallığı əks etdirmədiyini qeyd edib: "Xeyr, belə bir şey yoxdur. Sadəcə təəssüfümüzü ifadə etdik, kədərlərini bölüşdük. Pilotun öldürülməsinə görə səbəbkar hesab edilən insan haqqında da lazımi hüquqi işlər davam etdirilir”.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ilin noyabrın 24-də Rusiyaya məxsus SU-24 təyyarəsinin vurulmasına görə dünən Vladimir Putinə məktub ünvanlayıb. Ərdoğan məktubda ölən pilotun ailəsindən üzr istəyib. Bundan sonra açıqlama verən Türkiyə baş naziri Binali Yıldırım lazım gələrsə təzminat ödəniləcəyini də vurğulayıb. 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az