“Türkiyə Ukraynaya daha çox “Bayraktar” verəcək” –Conson Ərdoğanla danışıqları açıqladı

“Türkiyə Ukraynaya daha çox “Bayraktar” verəcək” –Conson Ərdoğanla danışıqları açıqladı
Britaniya Baş naziri Boris Conson Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynaya hərbi yardım göstərilməsi ilə bağlı danışıqlar aparıb.

Azpost.info xəbər verir ki, bu barədə Conson özü açıqlama verib. "Biz Ərdoğanla belə razılaşdıq ki, Britaniya Ukraynanı Rusiyanın uzaqmənzilli artilleriyasını məhv etmək üçün batareya əleyhinə sistemlərlə təmin edəcək. Britaniya artilleriyası rus gəmilərini uzaq məsafədən məhv edə biləcək. Türkiyə isə Ukraynaya "Bayraktar”ların daha bir partiyasını verəcək. Kiyevə həmçinin Britaniyanın uzaqmənzilli ağır artilleriyasının yükləmək və lazımi yerlərə aparmaq üçün güclü təkərli daşıyıcılar təqdim ediləcək”, – baş nazir bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az