Türkiyədə 12 mühacir öldü

Türkiyədə 12 mühacir öldü
Çanaqqalada Ayvaçıq bölgəsindən yunan adası Midilliyə gedən qayıq batıb.
Vətəninfo.az-ın məlumatına görə, Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, telefonla yardım istəyən qaçqınlara köməyə gələn Sahil Təhlükəsizlik Xidmətinin əməkdaşları 25 nəfəri xilas edib, 12 nəfərin isə meyitini çıxarıb.
Qayıqda 48-lə 52 nəfərin olmağı haqqında məlumatlar əldə edildikdən sonra xilasetmə əməliyyatı başlanılıb.  
Ölənlərin sudan çıxarılan meyitlərinin Babaqala kəndi limanında quruya çıxarılacağı qeyd edilib.
Buna görə Ayvacıq bələdiyyəsi limana çoxlu sayda cənazə maşını göndərib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az