Türkiyədə kiritik an: 16 il sonra bir ilk

Türkiyədə kiritik an: 16 il sonra bir ilk
Bu gün Türkiyənin Baş naziri Əhməd Davudoğlu koalisiya görüşlərinə start verir. İlk görüş Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu ilə olacaq.
 Moderator.az xəbər verir ki, CHP qərargahında baş tutacaq görüşdə detallar deyil, qanunlar müzakirə ediləcək.
 Sabah isə Davudoğlu Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının qapısını döyəcək. İlk turun son görüşü isə çərşənbə günü Xalqların Demokratik Partiyası (HDP) ilə reallaşacaq.
 
13 il sonra
 Bildirək ki, Davudoğlunun Kamal Kılıçdaroğlu ilə görüşü 1999-cu ildə Demokratik Sol Partiyası (DSP), MHP və Ana Vətən Partiyası (ANAP) arasında qurulan 57-ci hökumətin formalaşmasındən bəri "ilk koalisiya görüşü” kimi tarixə düşəcək. Görüş yerli vaxtla saat 14:00-da baş tutacaq.
 Yerli ekspertlərin fikrincə, baş nazir olduqdan sonra ilk dəfə CHP lideri ilə görüşən Davudoğlunun məqsədi "nəbz tutmaq”dır. Bundan başqa müzakirələrdə koalisiya razılığı əldə etmək yox, bu mövzuda CHP-nin AKP ilə koalisiyaya isti baxıb-baxmadığı soruşulacaq. Kılıçdaroğlunun daha öncə açıqladığı 14 şərti təkrarlayacağı gözlənilir.
Vətəninfo.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az