Türkiyədə növbəti terror: yenə ölən və yaralanan var

Türkiyədə növbəti terror: yenə ölən və yaralanan var
Türkiyənin Diyarbəkir vilayətində yenə terror aktı törədilib.

"Report" bildirir ki, PKK terrorçuları Silvan rayonundakı su anbarının tikintisinin təhlükəsizliyini təmin edən hərbçilərə minaatanlardan hücum edib.

Mərminin hərbçilərin qaldığı baraka düşməsi nəticəsində bir hərbçi ölüb, biri yaralanıb.

Türkiyə təhlükəsizlik qüvvələri terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə genişmiqyaslı əməliyyata başlayıb.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az