Türkiyədə şəhidləri anma günü qeyd ediləcək - Ərdoğan bəyan etdi

Türkiyədə şəhidləri anma günü qeyd ediləcək - Ərdoğan bəyan etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin baş naziri Binali Yıldırım və Baş gərargah rəisi Hulusi Akar ilə birlikdə xalqa səslənib. 

 Ərdoğan 15 iyulu şəhidləri anma günü elan edib: "15 iyul tarixini hər il şəhidlərimizi anma günü elan etdiyimizi sizlərlə paylaşmaq istəyirəm. Türk milləti tarixi yaradan və yazan bir millət olduğunu bir daha ortaya qoyub. Demokratiya keşiyimizi sonuna qədər davam etdirərək bu uğuru taclandıracağıq. Dedi-qodulara, fitnə mərkəzlərinə etibar edilməməsini, sadəcə və sadəcə hökumətimizin səlahiyyətli qurumlarının nümayəndələrinin verdiyi məlumatlara güvənilməsini xüsusilə xahiş edirəm”.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az