Türkiyədə tarixi meydanın adı dəyişdirilir

Türkiyədə tarixi meydanın adı dəyişdirilir
Türkiyədə 15 iyul hərbi çevriliş cəhdi nəticəsində ölənlərin şərəfinə daha bir ərazinin adı dəyişdirilir.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ankarada yerləşən "Qızıl ay Meydanı”nın adı "15 iyul Qızıl ay Demokratiya Meydanı” olaraq dəyişdirilir. Türkiyə Böyük Millət Məclisinin (TBMM) qarşısında yerləşən Baş Qərargah Qovşağının adı isə "15 iyul Şəhidlər Meydanı” şəklində adlanacaq.

Ankara Böyükşəhər Bələdiyyə Başçısı Melih Gökçekhər hər 2 bölgədə şəhidlərin xatirəsinə bir abidə ucaldılacağını bildirib. 

Qeyd edək ki, "Qızıl ay Meydanı” Türkiyənin paytaxtı Ankaranın mərkəzi olaraq bilinir. Meydan adını 1929-cu ildə yaradılan, ancaq bu gün mövcud olmayan Qızıl ay ümumi mərkəz binasından alır.

Xatırladaq ki, bundan öncə Boğaziçi körpüsünün adı "15 iyul Şəhidlər Körpüsü” olaraq dəyişdirilib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az