Türkiyədə xüsusi əməliyyat: 74 polis saxlanıldı

Türkiyədə xüsusi əməliyyat: 74 polis saxlanıldı
Ankarada keçirilən əməliyyat nəticəsində Fətullah Gülən hərəkatı ilə əlaqədə ittiham olunan 74 polis saxlanılıb.

Trend-in verdiyi məlumata görə, saxlanılanlar arasında Ankara polisinin sabiq rəisləri, eləcə də adları hələlik açıqlanmayan digər yüksək vəzifəli şəxslər var.

Daha öncə Türkiyənin daxili işlər naziri Əfqan Ala bildirmişdi ki, hərbi çevrilişə cəhdlə bağlı ümumilikdə saxlanılanların sayı 18 minə yaxın olub, bunlardan 9677 nəfər həbs edilib.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az