Türkiyədə yeni çevriliş cəhdi gözlənilir - Ərdoğan

Türkiyədə yeni çevriliş cəhdi gözlənilir - Ərdoğan

Yeni çevriliş cəhdi həyata keçirilə bilər.

 Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Röyter”ə açıqlamasında deyib.
 
"15 iyul gecəsi MİT şefinə zəng etsəm də, onunla əlaqə yarada bilmədim. Həmçinin Baş Qərargah rəisi ilə də əlaqə saxlamaq mümkün olmadı. Çox böyük çətinliklə baş nazirlə danışa bildim. Xalqın cərəyan edən hadisələrə reaksiyasını görüncə Mərmərə otelində planlar cızdıq. Ailəmlə əvvəl Dalaman bölgəsinə keçdik. İstanbuldakı uçuş zolağının qaranlığa qərq olduğunu gördüm. Pilotun səmada dövrə vurmasını və uçuş zolağına nəzarət etməsini söylədim. Daha sonra İstanbul Polis İdarəsinin rəisi ilə əlaqə yaratdım. O da qısa zamanda hava limanının boşaldılacağını dedi. Yalnız ondan sonra eniş edə bildil. Qiyamçılar Akıncı bazasını ələ keçirmişdilər.12 saata həmin bazaya nəzarəti ələ keçirdik. Millətimizin iradəsi hər şeydən üstün idi. Millətimizin tankların qarşısında dayanması, dünyada nadir xalqların edəcəyi bir işdir”, - Ərdoğan bildirib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az