“Türkiyədən asılılığımız artır” – Erməni nəşrindən şok iddia

“Türkiyədən asılılığımız artır” – Erməni nəşrindən şok iddia

Ermənistan son iki ildə Türkiyədən və digər qonşu ölkələrdən böyük həcmdə meyvə-tərəvəz idxal edib.

Miq.Az xəbər verir ki, bu barədə "Joxovurd” qəzeti Ermənistan Dövlət Gəlir Komitəsinin statistikasına istinadən məlumat yayıb.

Nəşr bildirib ki, Ermənistana keçən il Türkiyədən 1.7, ondan əvvəlki il isə 2.9 min ton pomidor idxal olunub.

Qəzet ötən il İrandan 1.9 min ton xiyarın idxal edildiyini yazıb.

Hesabat dövründə Ermənistan qonşu ölkələrdən - İran, Gürcüstan və Türkiyədən ərik də alıb. Türkiyədən 2 tondan bir az çox ərik idxal olunub.

Qəzet Ermənistana təzə meyvə və tərəvəz idxalının yerli istehsala zərər verdiyini və bu baxımdan qonşularından asılılığının getdikcə artdığını yazıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az