Türkiyədən Malikinin ittihamlarına cavab

Türkiyədən Malikinin ittihamlarına cavab

İraqın keçmiş baş naziri Nuri əl- Maliki İranın paytaxtı Tehranda keçirilən bir konfransda Türkiyə İŞİD-ə dəstək verməkdə ittiham edib.


Vətəninfo.az Avropa.info-ya istinadla xəbər verir ki, Maliki  İŞİD-in İraq ərazilərini, o cümlədən Mosul şəhərini ələ keçirməsində Türkiyənin rolu olduğunu deyib.
İttihamlarla bağlı Türkiyə xarici işlər nazirliyi yazılı açıqlama yayıb. Açıqlamada deyilir:
"Apardığı mürtəce, ayrı-seçkilik  siyasətinə görə,  İraqın bu gün düşdüyü  böhranın baş  memarı olan keçmiş baş nazir Malikinin  ölkəmizi İŞİD-ə  dəstək olmaqla ittiham edən ağıldankəm sözlərinin ciddiyə almamaq lazımdır.
Mosul  ələ keçirilən zaman Malikinin əmrindəki 70000 nəfərlik ordu  sayı 1500 nəfər olan İŞİD-ə bir günün içində  təslim edərək qaçıb.Mosulun itirilməsinin ən əsas səbəbkarının bu zatın özü olduğunu xatırlatmaqda fayda var.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az