"Türkiyəni qorumağa hazırıq"
NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə daxil olmaqla bütün
müttəfiqlərini hər cür təhdidə qarşı qorumağa hazır olduqlarını
bildirib.
Vətəninfo.az Avropa.info-ya istinadla xəbər verir ki,
Brüsseldəki NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclasından əvvəl
jurnalistlərə açıqlama verən Stoltenberq NATO-nun, cənub sərhədindən
gələ biləcək hər hansı təhlükələrə qarşı müttəfiqini qorumaq üçün
Türkiyəyə canlı qüvvə göndərməyə hazır olduğunu söyləyib.
Baş katib Rusiyanın Suriyadakı hava əməliyyatları və digər hücumlarının narahatlıq doğurduğunu açıqlayıb.
Royters
agentliyinin xəbərinə görə Stoltenberq Rusiyaya müraciət edərək
Suriyada Əsəd rejiminə dəstək verməyi bir kənara qoyub İŞİD-lə mübarizə
aparmasını istəyib.