Türkiyənin bölgələrində silahlı qarşıdurma - Ölən və yaralananlar var

Türkiyənin bölgələrində silahlı qarşıdurma - Ölən və yaralananlar var
Türkiyənin Şırnak vilayətində PKK tərəfdarları ilə polis arasında baş vermiş silahlı qarşıdurma nəticəsində 3 nəfər öldürülüb, bir polis yaralanıb.
Vətəninfo.az Avropa.info-ya istinadla xəbər verir ki, Şırnakın Silopi rayonunda PKK tərəfdarlarının bəzi küçələrdə qazdığı xəndəyi basdırmaq üçün gələn polisə odlu silahlardan atəş açılıb. 
4 saat davam edən silahlı insident zamanı 3 nəfər öldürülüb. PKK tərəfdarlarının qumbaraatandan istifadə etməsi zamanı da bir nəfər polis əməkdaşı yaralanıb. 
Bundan başqa Ağrının Doğubəyazid rayonu ilə Vanın Çaldıran rayonunu birləşdirən avtomagistralı kəsən terrorçular 5 uzun yük avtomobilini girov götürüblər. 
Daha sonra yük maşınlarını yandıran terrorçularla hadisə yerinə gələn polis arasında qarşıdurma yaranıb. 
Hadisə zamanı bir əsgər həlak olub. Bölgədə əməliyyatlar davam etdirilir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az