
O, qazanılmış qələbə münasibətilə Azərbaycanı bir daha təbrik edərək deyib ki, Azərbaycan Ordusunun dövrün tələblərinə uyğun yenidən qurulması, modernizasiya edilməsi və iki qardaş ölkənin silahlı qüvvələrinin gələcəkdə də birlikdə fəaliyyət göstərməsi üçün "Yol xəritəsi” hazırlanıb və reallaşdırılmasına başlanılıb.
Hulusi Akar bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında həyat ən qısa zamanda normallaşmalıdır. Bunun üçün bölgənin təhlükəsizliyi vacibdir.
"Qarabağın minalardan təmizlənməsi üçün əməkdaşlarımızı ora göndərdik, hazırda onlar işləyirlər. Azərbaycanlı qardaşlarımız da bu işi öyrəniblər və bizə dəstək verirlər. İnşallah ən qısa zamanda oralarda təmizləmə işlərini başa çatdırıb həyatın normallaşmasına töhvə verəcəyik. Ölkəmiz, xalqımız və torpağımızın xarici təhdidlərə və təhlükələrə qarşı qorunması bizim üçün çox önəmlidir. Bu mövzuda həmişə hazır olmalıyıq. Türkiyənin Azərbaycanın haqqını və mənafeyini qorumaqda qərarlı olduğunu hər kəsin bilməsi lazımdır”, - qardaş ölkənin müdafiə naziri deyib.
Miq.Az